Bakı bulvarına giriş bağlanır

09 Aprel, 2018 12:55 | İdman | Baxış sayı: 85
Bakı bulvarı
Bakı bulvarı

Məhdudiyyət mayın 1-dək davam edəcək

Bulvara giriş bağlanacaq. Aprelin 25-dən mayın 1-dək dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Aprelin 26-sı saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bura giriş-çıxışına icazə veriləcək. Qran Pri həftəsi zamanı piyadaların hərəkətinə heç bir məhdudiyyət olmayacaq. Piyadalar həm yeraltı, həm də yerüstü keçidlərdən istifadə edə biləcəklər.

Trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar səhər saat 06:00-dan gecə saat 04:00-dək, 28 May və İçərişəhər metrostansiyaları isə saat 06:00-dan gecə saat 02:00-dək  xidmət göstərəcək.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 27 - 29 apreldə keçiriləcək.