Olimpiadada görünməmiş səhv - 1500 əvəzinə 15 000

09 Fevral, 2018 10:00 | İdman | Baxış sayı: 159
Norveç komandasının aşbazları
Norveç komandasının aşbazları

Komandanın aşbazı gözlərinə inanmadı

Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarının ilk günü Norveç komandasının uzun müddət yaddından çıxmayacaq. İStiPress-in məlumatına görə\, fərqli əlifbası olan koreya dilində yazmaq komandaya baha başa gəlib.

nümayəndə heyətinin rəhbəri atletlər üçün yumurta almaq istəyib. O, bütün heyyəti nəzərdə tutaraq proteinlə zəngin qidadan 1500 ədəd sifariş vermək istəyib. Bunun üçün onlar Google tərcümədən istifadə ediblər. Amma bir hərfdə edilən kiçik səhv nəticəsində komandanın sifarişi 15 min kimi qeydə alınıb. Norveçli idmanaçıların qaldığı yerə qısa müddətdə minlərlə yumurta göndərilib. 

Komandanın aşbazı Stale Johansen 13.500  yumurtanı geri qaytarmağa nail ola bildirklərini deyib. 

Xatırladaq ki, Norveçi olimpiyadada 109 idmançı təmsil edir. 

1500 il 15000 arasındakı fərq
1500 il 15000 arasındakı fərq