Dünya Kuboku Bakıda - Prezidentə hədiyyə FOTOLAR

09 Fevral, 2018 15:47 | İdman | Baxış sayı: 152
Dünya kubokunun əsli İlham Əliyevə təqdim edildi
Dünya kubokunun əsli İlham Əliyevə təqdim edildi

Əfsanəvi Karambo İlham Əliyevlə selfi çəkdirdi

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib. Ötən gün kubok prezident İlham Əliyevə təqdim olunub. Kubok futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.

FIFA prezidenti Canni İnfantinonun ənənəsinə uyğun olaraq FIFA-nın rəsmi nümayəndəsi xatirə hədiyyəsini prezident İlham Əliyevə təqdim edib.

AFFA-nın baş katibi Elxan Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, futbol üzrə dünya çempionatının Kuboku xüsusi təyyarədə yeniyetmə azərbaycanlı futbolçuların müşayiəti ilə Bakıya gətirilib. Hətta uşaqlar təyyarədə Kristian Karambo ilə topla oynayıblar. Dünya çempionatının kuboku yerli azarkeşlərin görməsi üçün “Gənclik Mall”da nümayiş etdirilir.