Dünya Çempionu "Gelenvagen" ilə "avtoşluq" etdi - VİDEO

09 Yanvar, 2017 09:58 | İdman | Baxış sayı: 48
Kənan Sofuoğlu - idmançı
Kənan Sofuoğlu - idmançı

İdmançı Sakarya vilayətinin Akyazı rayonunda məşqlərə başlayıb

Sosial şəbəkədə Türkiyənin motosiklet idmanı üzrə dünya çempionu Kənan Sofuoğluna aid video yayılıb. İstiPress-in məlumatına görə, video-çarxda çempion motosikletdə olduğu kimi avtomobil idarə etməkdə də öz məharətini göstərir.

Dünya "Supersport" çempionasının 5 qat çempionu olan Sofuoğlu fevralın 26-da Avstraliyada keçiriləcək yarışlar üçün Sakarya vilayətinin Akyazı rayonunda məşqlərə başlayıb. Amma Sofuoğlu bu dəfə meydançaya motosiklet əvəzinə "Gelen Vagen" markalı avtomobili ilə çıxıb. Qarla örtülü meydançada dreyf-şou göstərən çempion maşın sürməkdəki məharətini nümayiş etdirib. 

Kənan Sofuoğlu şou görsədir