Həbibin atası davaya görə çempion oğlunu cəzalandıracaq

08 Oktyabr, 2018 08:52 | İdman | Baxış sayı: 119
Həbib Nurməhəmmədov
Həbib Nurməhəmmədov

"Rinqdə nə desən etmək olar, lakin ondan kənarda..."

Atası qarışıq döyüş növlərinin (MMA) UFC229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədovu cəzalandıracaq. İstiPress-in məlumatına görə, bunu Əbdülmanap Nurməhəmmədov Birinci kanalın efirində deyib. 

Atanın sözlərinə görə, Las-Veqasda keçirilən turnirdə irland Konor Makqreqorla döyüşdən sonra baş verən davaya görə oğlunu cəzalandırmaq niyyətindədir.

"Mən öz daha sərt sanksiyamı tətbiq etmək məcburiyyətindəyəm. UFC-nin qadağasından da sərt. Nizam-intizam, qayda-qanun olmalıdır. Rinqdə nə desən etmək olar. Lakin ondan kənarda adi insanlar, qadınlar, uşaqlar var. Rinqdən kənarda hər şey sülh şəraitində olmalıdır", - deyə idmançının məşqçi olan atası bildirib. 

Xatırladaq ki, ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş ötən gün baş tutub. Əsrin döyüşü kimi xarakterizə edilən yarışın qalibi Həbib olub.