Baş məşqçi "Qarabağ"a görə işdən qovuldu

08 Avqust, 2019 14:29 | İdman | Baxış sayı: 87
Paolo Trametsani
Paolo Trametsani

2:1 uduzan APOEL başsız qaldı

Çempionlar Liqasının III təsnifat məhələsində “Qarabağ”ın rəqibi olan APOEL baş məşqçisi Paolo Trametsanini istefaya göndərib.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Onu almaniyalı Tomas Dollun əvəzləyəcəyi gözlənilir.

Kipr mətbuatı isə istefaya səbəb kimi APOEL-in doğma azarkeşləri önündə “Qarabağ”a evdə 1:2 uduzmasını göstərib. Qeyd edək ki, Kiprdəki ilk görüşdə "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanıb. Cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Trametsani 2018-ci ilin oktyabrından APOEL-ə rəhbərlik edirdi. Onun komandası 2018/2019 mövsümündə ölkə çempionu olub.