Prezident məhşur futbolçunun toyuna getdi, 4 uşaq istədi FOTOLAR

08 İyun, 2019 09:39 | İdman | Baxış sayı: 89
Məsut Özilin toyu
Məsut Özilin toyu

Ərdoğan "Arsenal"ın futbolçusunun nikah şahidi olub

İngiltərənin “Arsenal” komandasının türk əsilli futbolçusu Məsut Özil 2014-cü ildə Türkiyə gözəli seçilmiş aktrisa Əminə Gülşə ilə ailə qurub. Cütlüyün toyunda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da iştirak ediblər.

Təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təşkil edildiyi toyda prezidentdən əlavə sənət, idman dünyasının tanınmış simaları da iştirak ediblər. 

Dövlət başçısı onların nikah şahidi olub. Preident nikah haqqında şəhadətnaməni gəlinə təqdim edərək ənənəvi arzusunu dilə gətirib. O, futbolçunun ailəsində azı 4 uşaq görməyi arzulayıb.