Azərbaycanın iki güləşçisi erməniləri məğlub etdi

08 Aprel, 2019 14:42 | İdman | Baxış sayı: 43
Buxarestdə keçirilən Avropa çempionatında
Buxarestdə keçirilən Avropa çempionatında

Buxarestdə keçirilən Avropa çempionatına Azərbaycanın 28 idmançısı qatılıb

Azərbaycanın iki güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

İstiPress-in məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev 1/4 finalda dünya və Avropa çempionu David Safaryana qalib gəlib. İlk yarını 6:2 hesablı üstünlüklə tamamlayan Mustafayev ikinci hissədə daha 6 xal qazanaraq vaxtından əvvəl qələbə qazanıb. 

Daha əvvəl Hacı Əliyev 1/8 final mərhələsində Vazgen Tevanyanı məğlubiyyətə uğradıb.  65 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı dünya və Avropa çempionu Hacı Əliyev 1/8 final mərhələsində Vazgen Tevanyanı məğlubiyyətə uğradıb. 

Əliyev ilk hissədə rəqibini xalçadan çölə çıxararaq bir xal qazanıb. Daha sonra Ermənistan idmançısının qolundan zədə almasına görə görüş bir az yubanıb. Azərbaycan təmsilçisi üstünlüyünü ikinci hissədə də qoruyaraq, adını 1/4 finala yazdırıb. Məğlubiyyəti həzm edə bilməyən Tevanyan final fiti səsləndirildikdən sonra ayağa qalxmaq istəməyib. O, hakimə qarşı narazı jestlər də nümayiş etdirib. 

Avropa çempionatına aprelin 14-də yekun vurulacaq. Yarışa Azərbaycanın, ümumilikdə, 28 idmançısı qatılıb.