Dənizin dibindən çıxan meyit Salanındır - rəsmi açıqlama

08 Fevral, 2019 09:35 | İdman | Baxış sayı: 78
Emiliano Sala
Emiliano Sala

Yanvarın 21-də itkin düşən futbolçunun cəsədi tapıldı

Fransadan İngiltərəyə gedərkən təyyarəsi La-Manaş üzərində itkin düşən futbolçunun meyiti tapıldı. Tapılan cəsəd "Kardiff" komandasının oyunçusu Emiliano Salaya aiddir. Bu barədə yerli polisin rəsmi açıqlamasında bildirilir. 

İlkin məlumata görə, tək mühərrikli 7 nəfər tutumu olan təyyarədə ancaq pilot və futbolçu olub. Qəzaya səbəb isə sərt hava şəraiti olub. İlkin ehtimala görə, sərt şaxtalar La-Manş üzərində təyyarənin mühərrikini dayandıra bilərdilər. 

Xatırladaq ki, yüngül mühərrikli təyyarə yanvarın 21-də yoxa çıxmışdı. Fevralın 3-də təyyarənin qalıqları tapılıb və içərisindəki meyit çıxarılıb. 

Bu səyahətdən öncə Sala "Kardiff City" ilə 15 milyon funt sterliq dəyərində müüqvilə imzalamışdı.