Mourinyo ermənini türkə dəyişir

08 Yanvar, 2018 12:12 | İdman | Baxış sayı: 220
Mxitiryan və Özil
Mxitiryan və Özil

"Mançestr Yunayted" Mxitiryandan canını qurtarmaq istəyir

Jose Mourinyo ermənini türklə əvəz edir. İstiPress-in məlumatına görə, "qırmızı şeytanlar"ın baş məşqçisi çoxdan Mxitiryandan canını qurtarmaq istəyib. Mourinyonun bu ilin ayında "Arsenal"la müqaviləsi bitən türk oyunçunu komandasına gətirmək istəyir. 

"Mançestr Yunayted"in baş məşqçisi erməni futbolçu Henrix Mxitiryanın yerinə Məsut Özili almaq istəyir. 

Türk oyunçu üçün daha bir böyük klub hərəkətə keçib. Söhbət "Yuventus"dan gedir. Məsut Özil "Arsenal"ın təklif etdiyi 5 illik müqavilədən imtina edib.

"Arsenal" "Juventus"dan 29 yaşlı oyunçu üçün 40 milyon avro istəyir. "Mançestr"ın təklifi barədə isə heç bir açıqlama verilməyib.