Yarışda 9 komanda mübarizə aparıb
Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları başlayıb. Estafetdə müxtəlif gimnastika növləri üzrə Azərbaycan milli komandalarının üzvlər və onların valideynləri, ümumilikdə 200 nəfər iştirak edir.
Estafetə 9 komanda qatılıb. Bunlar “Şahdağ”, “Odlar yurdu”, “Koroğlu”, “Xəzər”, “Gülüstan”, “Qarabağ”, “Qobustan”, “Göygöl” və Babək komandalarıdır. Komandaların heyətlərində gimnastlarla yanaşı, onların ailə üzvləri və məşqçilər də yer alıb.
Komandalar 3 qrupa bölünməklə 5 müxtəlif yarışda mübarizə aparıblar. Yekunda ən çox xal toplayan komanda qalib elan olunub.
Qeyd edək ki, iştirakçılar üçün heç bir yaş məhdudiyyəti qoyulmayıb. Ümumilikdə iştirakçı sayı 200-dən çox olub.