“Qarabağ”–“Atletiko Madrid” oyununa biletlər harda satılır?

07 Oktyabr, 2017 17:51 | İdman | Baxış sayı: 414
Qarabağ”–“Atletiko Madrid”
Qarabağ”–“Atletiko Madrid”

Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda qarşılaşacağı “Atletiko Madrid” ilə matça bilet satışı davam edir.

İstiPress klubun saytına istinadla xəbər verir ki, qarşılaşmaya satılan biletlərin sayı artıq 20 minə çatıb.

Azarkeşlər biletləri “ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassasından, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” alış-veriş mərkəzlərindən, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyli küçəsi 69x ünvanından ala bilərlər. Eyni zamanda, biletləri “iTicket.az” saytından onlayn əldə etmək də mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ”-“Atletiko Madrid” matçı oktyabrın 18-də saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.