Əfsanəvi türk güləşçi İlham Əliyevi dəstəklədi

07 Sentyabr, 2020 09:58 | İdman | Baxış sayı: 93
Taha Akgül
Taha Akgül

Azərbaycan və Türkiyənin idman ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin Şərqi Aralıq dənizində qardaş ölkə ilə Yunanıstan arasındakı gərginlik məsələsində Türkiyəyə göstərdiyi dəstəyi diqqətsiz qoymayıb.

İstiPress-in məlumatına görə, məşhur türkiyəli güləşçi, olimpiya çempionu, 2 qat dünya çempionu, Bakıda keçirilən Avropa Oyunlarının qalibi və dəfələrlə Avropa çempionu o0lmuş Taha Akgül məşhur sərbəst güləş üzrə məşqçi Firdovsi Umudovun "İnstagram"da bununla bağlı paylaşımını şərh edərək yazıb: “İki dövlət, bir millət".

Taha Akgül 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında zəfəri Azərbaycan və Türkiyə bayraqları ilə qeyd etməsi ilə yadda qalıb. 2018-ci ildə Bakıdakı təlim düşərgəsində olarkən Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıqdan da danışan Akgül demişdi: “Bakıya Azərbaycan güləşçiləri ilə məşq etmək üçün gəldik. Deyirik: "İki dövlət, bir millət"! İki ölkənin idmançılarının qələbəsi şərəfinə Türkiyə və Azərbaycan bayraqlarının dalğalanmasını istəyirik. 2015-ci ildə Avropa Oyunlarında qalib gələrək iki bayraq qaldırmışdım. Bizim hər şeyimiz birdir”.