"Qarabağ" ÇL-nin III təsnifatın ilk oyununa çıxır

07 Avqust, 2018 08:40 | İdman | Baxış sayı: 60
"Qarabağ" komandası
"Qarabağ" komandası

Oyun bu gün olacaq

Bu gün "Qarabağ" komandası UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində ilk oyununu keçirəcək. Komanda Belarusun BATE komandasını qəbul edəcək. Matç Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başalayacaq. 

Ağdam təmsilçisi bundan öncə Sloveniyanın “Olimpiya” və Albaniya “Kukesi”sini məşlub edib. 

Qeyd edək ki, “Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.