İldırım yeniyetmə futbolçunu oyun vaxtı vurdu - VİDEO

07 İyul, 2020 15:54 | İdman | Baxış sayı: 84
İldırım
İldırım

Rusiyanın paytaxtı Moskva şəhərində "Znamya Truda" klubunun 16 yaşlı oyunçusu İvan Zaborskini məşq zamanı ildırım vurub.

İstiPress-in məlumatına görə, ildırım zərbəsi Zaborskinin boynundakı metal boyunbağıya təsadüf edib. Nəticədə futbolçunun ağciyərləri ciddi zərər görüb. Vəziyyəti ağır olan futbolçu xəstəxanaya çatdırılıb. Hazırda futbolçunun komada olduğu bildirilir.

Dostları və məşqçisi onun bir neçə dəfə komadan ayıldığını, ancaq kəskin ağrılar səbəbindən yenidən koma vəziyyətinə qayıtdığını bildirib.