Kataloniyadakı referendum "Barsa"ya böyük ziyan vurdu

06 Oktyabr, 2017 18:44 | İdman | Baxış sayı: 199
"Barselona" klubunun emblemi
"Barselona" klubunun emblemi

"Barselona", maddi cəhətdən bunun acısını yaşayıb

İspaniyanın Kataloniya bölgəsində keçirilən referendum "Barselona"nın büdcəsinə də ziyan vurub.

Kataloniyanın müstəqilliyi üçün keçirilən səsvermə günü baş tutan La Liqanın 7-ci turunun "Las-Palmas"la ev oyununu tamaşaçısız keçirmək qərarı verən "Barselona", maddi cəhətdən bunun acısını yaşayıb. Belə ki, İspaniya mətbuatında yer alan məlumata görə, "Barsa" "Nou Kamp"da baş tutan qarşılaşmanı boş tribunalar önündə keçirməklə, 3,4 milyon avro itirib.

Xatırladaq ki, sözügedən oyun katalonların 3:0 hesablı qələbəsiylə nəticələnib./komanda.az