AVRO-2020-nin seçmə mərhələsində növbəti oyun
Futbol üzrə Azərbaycan milli komandası bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv səfərdə Uels yığması ilə üz-üzə gələcək. Qarşılaşma Kardiff şəhər stadionunda keçiriləcək.
Azərbaycan yığması E qrupundakı ilk 3 görüşdə məğlub olub. Səfərdə Xorvatiyaya 1:2 hesabı ilə yenilən komanda evdə Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzub.
Rahil Məmmədov məşqdə zədələndiyi üçün oynamayacaq. Mahir Emrelinin də meydana çıxması sual altındadır.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə üz-üzə gələcək. Uels isə Belarusla yoldaşlıq görüşü keçirəcək.