Dünən gecə qəflətən halı pisləşən zorxana ustası Rüfət Gülalıyev vəfat edib.
İstiPress-in məlumatına görə, 1998-ci il təvəllüdlü idmançı ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, zorxana ustası Avropa və dünya çempionluğundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb.
Rüfət Gülalıyev Ağcabədi rayonunda dəfn ediləcək.