Putin Kremldə futbol oynadı VİDEO

06 Mart, 2018 13:50 | İdman | Baxış sayı: 116
Vladimir Putin - Rusiya prezidenti
Vladimir Putin - Rusiya prezidenti

Onun rəqibi isə FİFA prezidenti olub

Rusiya prezidenti Kreml sarayında qonağı ilə futbol oynadı. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Putin futbol üzrə Rusiyada keçiriləcək Dünya çempionatı öncəsi Kremldə FİFA prezidenti Canni İnfantino ilə görüşüb. Düzdür görüş fevral yaının 12-də olub. Ancaq görüş zamanı çəkilən maraqlı anların video görüntüsü yeni üzə çıxıb.

Belə ki, Putin sarayın yaşıl salonu adlanan otağında İnfantino ilə futbol oynayıb. Bu kadrları Beynəlxalq Futbol Federasiyası yayıb. 

FİFA-nın reklam çarxında dünya şöhrətli futbolçuların ötürmələri, topla hərəkətləri yer alıb. Putinin videosu da məhz həmin çarxdadır.

Futbolçular topu 100 dəfə (çempionatın başlamasına qalan günlərin sayı) çiləyirlər. Son 10 ötürməni isə Putin və İnfantino edir. Son topu Rusiya prezidenti başı ilə vurur. 

Xatırladaq ki, çempionat iyun ayının 14-də başlayacaq. İlk qarşılaşma Rusiya ilə Səudiyyə Ərəbistanı komandaları arasında olacaq.