"Qarabağ" son dəfə ÇL-də meydana çıxır

05 Dekabr, 2017 08:40 | İdman | Baxış sayı: 105
"Qarabağ" matçı
"Qarabağ" matçı

Komandamız "Roma"nın qonağıdır

Bu gün “Qarabağ” Çempionlar Liqasında son oyununu keçirəcək. Azərbayacan təmsilçisi VI tur çərçivəsində “Roma”nın qonağı olacaq. Ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşən “Qarabağ” burada keçirdiyi 5 oyundan 3-də uduzub.

Romada baş tutacaq görüş Ağdam klubu üçün formal xarakter daşıyır. “Roma” uduzsa və ya heç-heçə etsə belə, pley-offa yüksələ bilər.

Saat 23:45-də  başlayacaq oyunun baş hakimi Tobias Ştilerdir. 

Komandamız “Çelsi”yə evdə 0:6, səfərdə 0:4, “Roma”ya Bakıda 1:2 hesabı ilə məşğlub olub, “Atletiko” ilə mübarizədən isə qalib çıxa bilib.