Bunun üçün rusiyalı idmançı rəqibini məğlub etməlidir
Qarışıq döyüş növlərinin (MMA) UFC229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov 50 milyon dollar qazana bilər. İstiPress-in məlumatına görə, idmançı növbəti döyüşü üçün bu vəsaiti əldə etmək imkanı qazanıb. Onun kimlə və nə zaman döyüşməli olduğu isə açıqlanmayıb.
Xatırladaq ki, ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş oktyabrın 7-də çoxdan gözlənilən döyüş baş tutub. Bu görüşü isə nəinki idman həvəskarları, hətta ondan uzaq olanlar belə səbirsizliklə gözləyib. Əsrin döyüşü kimi xarakterizə edilən yarışın qalibi Həbib olub.
Lakin döyüşdən sonra qarşı tərəfin tərəfdaşlarının səsləndirdiyi təxribatçı şüarlara görə, idmançı ilə azarkeşlər arasında da dava düşüb.