Bu il yarış yay ayına təsadüf edəcək
"Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimi təsdiqlənib. Almaniyanın Köln şəhərində baş tutan iclasında yekun qərar qəbul olunub. Yekun nəticəyə görə, növbəti il - 5-ci dəfə Azərbaycan Qran Prisi 5 - 7 iyunda keçiriləcək.
Yarışın ilk Qran Prisi martın 15-də Avstraliyanın Melburn şəhərində başlayacaq. Sonuncu yarış isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək.
Təqvimdən Almaniya mərhələsi çıxarılıb və yerinə Vyetnamla Hollandiya daxil edilib.
İlk test sürüşləri 19 – 21, ikincisi isə 26 – 28 fevralda İspaniyanın Barselona şəhərində keçiriləcək.
Qeyd edək ki, bu il Bakı yarışları 26 - 28 apreldə keçirilib. Qran Pridə Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.