“Qarabağ”ın rəqibi - püşk atıldı

05 Avqust, 2019 14:22 | İdman | Baxış sayı: 74
"Qarabağ" "Atletiko" matçı (18.10.2017)
"Qarabağ" "Atletiko" matçı (18.10.2017)

Ağdam təmsilçimiz “Ayaks”la qarşılaşa bilər

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.  Ağdam təmsilçisi III təsnifatda Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə,  PAOK (Yunanıstan) / “Ayaks” (Hollandiya) cütünün qalibiilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin matçları 20-21 və 27-28 avqustda keçiriləcək.