Bakı marafonuna şimal dəstəyi - FOTO

05 May, 2019 14:42 | İdman | Baxış sayı: 183
Qubada Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş marafon
Qubada Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş marafon

Qubada möhtəşəm marafon keçirildi

Bu gün Bakıda Heydər Əliyev Fondunun təşəbbüsülə  reallaşan"Bakı marafonu-2019" marafonuna şimaldan dəstək gəlib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Bakıda marafon start götürdüyü vaxtda Qubada da Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş marafon baş tutub.

Qubada Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş marafon
Qubada Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş marafon

Marafon Quba şəhərinin Heydər Əliyev prospektinin baş hissəsindən - "Günəş"uşaq bağçasının yanındakı parkdan düzənlənib. Əvvəlcə bağçanın 3 dildə təhsil alan uşaqları boy sırası ilə düzülərək  "Heydər Əliyev-96" sözlərini yazıblar. Sonra marafona start verilib. 5 km məsafəni əhatə  edən marafon boyu maraqlı anlar yaşanıb. Hər bir iştirakçı istəyirdi ki, sürətlə və maneəsiz qaça bilsin, son nöqtəyə tez çatsın, fərqlənsin, həm də mərhum prezident Heydər Əliyevə olan ehtiramını bu qaçışla az da olsa çatdırsın.

Qubada Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş marafon
Qubada Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş marafon

Kütləvilik hiss olunan marafonda müxtəlif yaş qrupundan, peşəsindən asılı olmayaraq hər cür təbəqədən iştirakçı vardı. Məktəbli də, gənc də, yaşlı da, vəzifəli şəxs də və s. qaçış iştirakçıları arasında, maraqlıdır ki, Qubanın rəsmiləri də vardı. Heydər Əliyev prospekti boyu fiziki gücünü göstərənlər arasında sadə sakinlərlə yanaşı, Qubanın icra başçısı Ziyəddin Əliyev, müavinləri, DTX-nin Quba rayon şöbəsinin rəisi Eldəniz Bağıyev, Quba rayon prokuroru Elman Süleymanov da vardı. Sərbəst şəkildə qaçış edən rəsmilərin bu hərəkəti və ümumiyyətlə, Qubanın mərkəzi prospekti boyu davam edən marafon yerli sakinlərin çox ürəyincə idi. Yol boyu iştirakçıları xüsusi şüarlarla, Azərbaycan bayrağı ilə, gurultulu alqışlarla dəstəkləyən Quba sakinləri  şəhərdə belə xoş məramlı tədbirlərin keçirilməsini məmnunluqla qarşılayırdılar.

Qubada Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş marafon
Qubada Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş marafon

1 saatdan çox davam edən marafon  Quba şəhərində Heydər Əliyev parkındakı abidəsinin qarşısında başa çatıb. Quba icra başçısı Ziyəddin Əliyev Azərbaycanın müstəqilliyinin Heydər Əliyev kimi dahi şəxsiyyətin adı ilə bağlı olduğunu deyərək onun xatirəsinin, bütün ölkədə olduğu kimi, Qubada da xüsusi ehtiramla anıldığını deyib: "Heydər Əliyev çox güçlü şəxsiyyət və fenomen insan olub. Bu günki azad həyatımızın hər anına görə onun müqəddəs ruhuna borcluyuq. Marafonda qubalıların hər yaşdan olan sakini iştirak edib.Özü də məcburən yox.Belə çıxmasın ki,başçı iştirak edibsə,hamı iştirak edib. Qətiyyən yox. Qubanın sadiq əhalisi böyük rəhbərimizə öz borcunu könüllü şəkildə qaçışa qatılmaqla yerinə yetirib.".

Marafonda iki nominasiyanın və 1-ci 3 yerin qalibləri mükafatlandırılıb. "Ən gənc marafon iştirakçısı" nominasiyasına 14 yaşlı  məktəbli Vüsal Qurbanov, "Ən fəal qadın iştirakçısı" nominasiyasına 16 yaşlı  məktəbli Zəhra Hüseynova, "Ən fəal kişi iştirakçı" nominasiyasına isə Kamran Əlimərdanov layiq görülüb. 1-2-3 cü yerin qalibləri sadə Quba şəhər sakinləri -Elşən Həsənov, Şəhriyar Abdullayev, Sahil Həsənov olub. Qaliblərə xatirə hədiyyələri və kubok təqdim edilib. İcra başçısı Ziyəddin Əliyev hər bir iştirakçıya təşəkkür edib və Qubada belə xoş məramlı kütləvi tədbirlərin axırıncı yox, axarıncı olacağını deyib.

Xatırladaq ki, Heydər Əliyevin anadan olmasının 95 illiyində Qubada veloyürüş keçirilmişdi.