"Bakı Marafonu-2019"un qalibləri müəyyənləşib

05 May, 2019 13:51 | İdman | Baxış sayı: 163
"Bakı Marafonu 2019”un kişilər arasında qalibləri
"Bakı Marafonu 2019”un kişilər arasında qalibləri

Qaliblər arasında azərbaycanlılar da var

"Bakı Marafonu 2019"un qalibləri mükafatlandırılıb.

İstiPress-in məlumatına görə, tədbir finiş xəttinin olduğu Bakı Olimpiya Stadionunda baş tutub.

Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3000, ikinci yeri qazanan 2000, üçüncü yerə çıxan isə 1000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar.

Bundan əlavə, marafonun eksklüziv tərəfdaşı və sponsorları iştirakçılara müxtəlif nominasiyalar üzrə bir sıra mükafatlar təqdim edib. Qadın və kişi kateqoriyalar üzrə finiş xəttini ilk keçən tələbələr Parisdə Disneylənddə tətil, korporativ iştirakçılar isə İstanbul marafonuna qeydiyyat və gediş-dönüş bileti qazanıb.

Marafon iştirakçısı olan Azərbaycan vətəndaşlarına bir neçə nominasiyada mükafatlar təqdim olunub. Qadın və kişi kateqoriyası üzrə finiş xəttini keçən ilk Azərbaycan vətəndaşları Gürcüstanda təşkil olunacaq “Wings for Life World Run 2020” marafonunda iştirak edəcək. Bundan əlavə, finiş xəttini ilk keçən 50 yaşdan yuxarı Azərbaycan vətəndaşları (qadın və kişi kateqoriyası üzrə), həmçinin finişə çatmış ilk 5 azərbaycanlı xanım müxtəlif hədiyyələr qazanıb.

Finiş xəttini ilk keçən maraqlı kostyumlu marafonçu, 10 xarici marafonçu, 3 xanım nominasiyalarında da mükafatlar verilib.

Həmçinin martın 4-dən mayın 1-dək marafonda iştirak üçün qeydiyyatdan keçənlər arasında lotereyanın qalibi olmuş 2 nəfərə də hədiyyə təqdim olunub.

Bunlardan əlavə, finiş xəttini keçən ilk 1000 iştirakçı “Bakı Marafonu-2019”un xüsusi medalı ilə təltif ediliblər.

Bakı Olimpiya Stadionunda yaradılmış əyləncə zonasında müxtəlif proqramlar təqdim olunub, oyunlar keçirilib.

Qeyd edək ki, kişilərin mübarizəsində birinci yeri uqandalı İsmail Ssenyange tutub. İranlı Mohammadjafar Moradiikinci olub. Azərbaycanlı Elman Abışov isə finiş xəttini üçüncü keçib. Ukraynalı Valentina Poltavska isə qadınlar arasında hamıdan tez finişə çatıb. Şotlandiyalı Suzanne Matonti ikinci yeri tutub. Azərbaycanlı Anna Yusupova isə üçüncü olub.

"Bakı Marafonu 2019”un qadınlar arasında qalibləri
"Bakı Marafonu 2019”un qadınlar arasında qalibləri
Bakı Marafonu-2019
Bakı Marafonu-2019
Bakı Marafonu-2019
Bakı Marafonu-2019
General-leytenant Elçin Quliyev "Bakı Marafonu-2019"da
General-leytenant Elçin Quliyev "Bakı Marafonu-2019"da

11:57

Bakı Marafonu-2019"un qalibləri müəyyənləşib.

İstiPress-in məlumatına görə, kişilərin mübarizəsində birinci yeri uqandalı İsmail Senyange tutub. İranlı Məhəmməd Cəfər Moradi ikinci olub. Azərbaycanlı Elman Abışov isə finiş xəttini üçüncü keçib.

Ukraynalı Valentina Paltavska isə qadınlar arasında hamıdan tez finişə çatıb. Şotlandiyalı Suzanna Matonti ikinci yeri tutub. Azərbaycanlı Ayna Yusibova isə üçüncü olub.