Bakıda "Formula 1"in keçirilməsi 2023-cü ilə kimi uzadıldı

05 Fevral, 2019 10:22 | İdman | Baxış sayı: 91
Formula 1
Formula 1

İdman naziri "Formula 1 Group"la yeni müqavilə imzalayıb

Bu gün Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilə imzalanıb. Gənclər və İdman naziri Azad Rəhimovun sözlərinə görə, yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. Əvvəlki anlaşma 2020-ci ilədək nəzərdə tutulmuşdu.

Daha sonra tərəflər arasında rəsmi müqavilə bağlanılıb. Müqaviləyə A.Rəhimovla "Formula 1 Group" şirkətinin baş icraçı direktoru Çeyz Kerri imza atıb. 

Qeyd edək ki, Azərbaycan Qran-prisi 2016-cı ildən "Formula 1"in təqviminə daxil olub. Builki Qran-pri 28 - 30 apreldə keçiriləcək.