Maradonna xəstəxanaya düşdü

05 Yanvar, 2019 11:28 | İdman | Baxış sayı: 31
Maradonna
Maradonna

Əfsanə futbolçunun mədəsində qanaxma olub

Əfsanəvi argentinalı futbol ulduzu, 1986-cı il dünya çempionu Dieqo Maradona xəstəxanaya yerləşdirilib. Futbolçunun mədəsində qanaxma baş verib. 

Meksikanın "Doradosa" klubunun baş məşqçisi olan Maradonna Buenos -Ayresdə ad həkim müayinəsindən sonra xəstəxanaya göndəriş alıb.  58 yaşlı əfsanənin bu problemə görə əməliyyat ediləcəyi də açıqlanmışdı.

Ancaq bir gecə xəstəxanada qaldıqdan sonra ulduz evə buraxılıb. O, jurnalistlərə verdiyi açıqlamada həyatına heç bir təhlükənin olmadığını deyib.