Nə Ronaldo, nə Messi - İlin ən yaxşısı o oldu FOTOLAR

04 Dekabr, 2018 08:59 | İdman | Baxış sayı: 44
Luka Modriç
Luka Modriç

"Qızıl top" öz sahibini tapdı

Futbol dünyasının ən nüfuzlu mükafatı hesab edilən "Qızıl top"un  təqdimetmə mərasimi baş tutub. 

İlin ən yaxşı ən gənc futbolçusu adına Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe layiq görülüb. Bu mükafat 21 yaşadək olan oyunçulara verilir. 

Bu il mükafatlandırılma mərasimində yenilik də edilib və ən yaxşı qadın futbolçu seçilib. Bu, Norveç millisinin və Fransa "Lion"unun hücumçusu Ada Hegerberq olub. 

Sonda isə dünyanın 180 ölkəsindən olan jurnalistlərin seçdiyi "Qızıl top"un sahibinin adını açıqlanıb. Bu il bu mükafata nə Ronaldo, nə də Messi kimi məşhurlar layiq görülüb. Əsas topun sahibi Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Luka Modriç seçilib. Modriç 2018-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının qalibi olub. O, daha əvvəl FIFA tərəfindən "The Best" və UEFA tərəfindən mövsümün futbolçusu mükafatlarına layiq görülüb.