Azərbaycanlı iş adamı Türkiyədə futbol klubu aldı

04 Noyabr, 2018 17:59 | İdman | Baxış sayı: 139

Azərbaycanlı iş adamı Rauf İsmayılov futbol üzrə Türkiyə çempionatının ikinci divizionunun “Qırmızı qrup”unda yarışan və Kocaeli bölgəsini təmsil edən “Gənclərbirliyi Darıca” klubunu alıb.

İstiPress “Turan”a istinadən xəbər verir ki, yaxın günlərdə bu sövdələşmə ilə bağlı rəsmi məlumatın yayımlanacağı gözlənilir.

Qeyd edək ki, sözügedən klub ötən mövsüm üçüncü liqada yarışların qalibi olub.

Oktyabrın 15-dən komandaya Türkiyə yığmasının və “Beşiktaş” klubunun məşhur futbolçusu Oqtay Dərəlioğlu baş mıəşqçi təyin edilib.