Olimpiya çempionu falçı qurbanı oldu

04 Oktyabr, 2019 12:28 | İdman | Baxış sayı: 105
Adelina Sotnikova
Adelina Sotnikova

30 min dolları alan falçı yoxa çıxdı

Rusiyanın olimpiya çempionu falçı qurbanı olub. Fiqurlu konkisürmə üzrə çempion Adelina Sotnikova sosial şəbəkədə tanış olduğu qadının tələsinə düşüb. 

Falçı idmançıya özünü "Olqa" kimi təqdim edib. O, çempionun şəxsi həyatı haqqında məlumat verərək onu özünə inandıra bilib. Fırıldaqçı üzbəüz görüşmədiyini, uzaqdan müştərilərə xidmət etdiyini deyib. Ona inanan Adelina falçının hesabına külli miqdarda - 30 min dollara yaxın pul köçürüb.

Pulu alan "olqa" idmançı ilə bütün əlaqələrini kəsib. Bundan sonra aldadıldıını anlayan 23 yaşlı Adelina polisə müraciət edib. İndi polis sosial şəbəkədən insanları aldadan qadını axtarır.