“Qarabağ”ın rəqibi bəlli oldu

04 Avqust, 2017 13:26 | İdman | Baxış sayı: 159
"Qarabağ" futbol klubu
"Qarabağ" futbol klubu

Pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da keçiriləcək

“Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

İstiPress xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma zamanı "səpələnməmişlər səbəti"ndə yer alan Ağdam təmsilçisinə 5 potensial rəqib arasından Danimarka çempionu “Kopenhagen” klubu düşüb.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə 22-23-də keçiriləcək.