Bakıda nəqliyyat pulsuz olacaq - mayda

04 Mart, 2019 12:27 | İdman | Baxış sayı: 101
BakıKart
BakıKart

Bu, Avropa Liqasının final oyunu gününə təsadüf edəcək

Bakıda keçiriləcək Avropa Liqasının final oyunu günü nəqliyyat pulsuz olacaq. Bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun Növbəti Hesabat Konfransında deyib.

O bildirib ki, bilet sahibləri və akkreditasiyası olan şəxslər nəqliyyatdan pulsuz istifadə edə biləcəklər: “Üç gündən sonra UEFA onlayn bilet satışına başlanılacaq. Çalışın, bileti tez alın. Dekabrda UEFA-nın VİP biletləri satışa çıxdı. 1500 bilet elə həmin ay satıldı.

Azərbaycan daxilindən cəmi 19 bilet alındı. Gözləntimiz hava limanı vasitəsilə 20 min azarkeşin Bakıya gəlişidir. Oyun saat 23:00-da başlanacaq. Akkreditasiya və bilet sahibləri üçün oyun günü nəqliyyat ödənişsiz olacaq. Bu, böyük addımdır və dövlətimizə AFFA adından minnətdarıq”.

Qeyd edək ki, final mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.