Azərbaycan atleti Avropa çempionu oldu

04 Mart, 2019 08:47 | İdman | Baxış sayı: 45
 Atlet Nazim Babayev
Atlet Nazim Babayev

22 yaşlı gənc 17,29 metr məsafəyə tullanıb

Azərbaycan atleti Nazim Babayev Şotlandiyanın Qlazqo şəhərindəki Avropa çempionatında qızıl medal qazanıb. 22 yaşlı idmançı buna 3 təkanla tullanma yarışında nail olub.

Finalda o, 17,29 metr məsafəyə tullanaraq, şəxsi rekordunu da yeniləyib.

Gümüş medala 17,11 metr nəticə ilə portuqaliyalı Nelson Evora, bürünc medala isə 17,10 metr göstərici ilə almaniyalı Maks Heb sahib olub.

Nazim Babayev karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub.