İtkin alpinistlər icazəsiz dağa çıxıblar?

04 Yanvar, 2018 11:35 | İdman | Baxış sayı: 206
İtkin alpinistlər
İtkin alpinistlər

Klubdan rəsmi açıqlama

"Qəbələdə də axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib. Üstəlik klubumuzdan heç kəs də belə bir informasiya verməyib ki, Qəbələdə izlər var və s.". İstiPress-in məlumatına görə,bu barədə  "Gilavar" - hava və ekstrim idman klubundan açıqlama verilib.

Klubun məlumatına görə, ötən ilin son günlərində itkin düşən 3 alpinistin axtarışı bu gün də davam edir. Lakin bəzi media qurumları qeyri-peşəkarlıq göstərərək yanlış informasiyalar verməyə davam edirlər. "Birbaşa Klubun direktoru Ziya Qasımovun adından istifadə etməklə, guya axtarışların dayandırılması və ya Qəbələdə dağçılarımızın izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır. Nəzərə almaq lazımdır ki, hər kəs bir xəbər gözləyir, bu xırda xəbər portalları İP, reyting xətrinə belə fırıldaqlara yol atmaqla hazırda gözü yaşlı gözləyən nə qədər insanın hissləri ilə oynayır".

Bundan başqa klub idmançıların icazəsiz yola çıxması, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməməsi ilə bağlı məlumatlara da aydınlıq gətirib. "Bu mümkün olacaq şey deyil, çünki bu ekspadisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər".