Rusiya idmanına böyük zərbə: 200 idmançı "qara siyahı"ya düşdü

04 Yanvar, 2017 12:05 | İdman | Baxış sayı: 84
Vladimir Putin və Valeri Mutko (sabiq idman naziri)
Vladimir Putin və Valeri Mutko (sabiq idman naziri)

Bu məsələ ilə bağlı hesabat hazırlanır

Antidopinq qaydalarının pozulmasında şübhəli bilinən 200 rusiyalı atletin adı Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasına (İAAF) təqdim edilib. İstiPress-in məlumatına görə, bu barədə qurum rəsmi saytı vasitəsilə bəyanat yayıb.
 
Məlumatda bildirilir ki, Ümumdünya Antidopinq Agentliyinin (WADA) nümayəndəsi olan Riçard Maklarenin başçılıq etdiyi müstəqil komissiya idmançıların adlarını İAAF-a təqdim edib: “Maklarenin komandasından 200 rusiyalı idmançının adı verilib. İAAF həmin atletləri beynəlxalq yarışlara neytral idmançı statusu ilə buraxmağa namizəd hesab edib. Bu məsələ ilə bağlı hesabat veriləcək, həmçinin digər mənbələrdən sübutlar toplanacaq”.
 
Qeyd edək ki, Ümumrusiya Atletika Federasiyası 2015-ci ilin noyabrında İAAF üzvlüyündən kənarlaşdırılıb. Bu səbəbdən (uzununa tullanmada Darya Klişina istisna olmaqla) rusiyalı atletlər ötən il Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarından kənarda qalmışdılar.