Messi 6-cı dəfə “Qızıl top”u qazandı

03 Dekabr, 2019 10:45 | İdman | Baxış sayı: 46
Lionel Messi
Lionel Messi

Britaniya mətbuatı yazıb

"Qızıl top"u "Barselona"nın argentinalı hücumçusu Lionel Messinin qazandığı iddia edilib.

İstiPress-in məlumatına görə, bu barədə Britaniya mətbuatı yazıb. Səsvermənin yekun nəticəsi ilə bağlı ortaya çıxan fotoda Messinin ən yaxın izləyicisi Vircil Van Deyki 64 xal qabaqladığı görünür. Sonrakı yerləri isə Məhəmməd Salah və Kriştiano Ronaldo qərarlaşıb.

Mükafat bu axşam Parisdə təşkil edilən tədbirdə təqdim olunacaq.