2016-cı ilin ən yaxşı atletləri məlum oldu

03 Dekabr, 2016 07:38 | İdman | Baxış sayı: 76
Useyn Bolt - sprinter
Useyn Bolt - sprinter

Qaliblərin adları Monakoda baş tutan mərasimdə açıqlanıb

Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (İAAF) 2016-cı ilin ən yaxşı atletlərinin adlarını açıqlayıb.

İstipress.com xəbər verir ki, 9 qat Olimpiya çempionu, əfsanəvi sprinter Üseyn Bolt (Yamayka) və efiopiyalı Almaz Ayana ən yaxşı yüngül atlet seçiliblər.

Qaliblərin adları Monakoda baş tutan mərasimdə açıqlanıb.

Qeyd edək ki, Rio-2016-da Üseyn Bolt 3 qızıl, Almaz Ayana isə bir bürünc və 10 000 m məsafəni qət etməkdə dünya rekordu ilə qızıl medal qazanıb.