"Qarabağ"ın məşqçisinə yeni vəzifə verildi

03 Noyabr, 2017 10:37 | İdman | Baxış sayı: 228
Qurban Qurbanov - "Qarabağ" klubunun baş məşqçisi
Qurban Qurbanov - "Qarabağ" klubunun baş məşqçisi

AFFA qərar qəbul edib

Azərbaycanın futbol üzrə millisinə yeni baş məşqçi təyin edildi. İstiPress-in məlumatına görə, komandaya bundan sonra Qurban Qurbanov rəhbərlik edəcək. Bu barədə qərara AFFA İcraiyyə Komitəsinin bu günki iclasında verilib. 

Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq".

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"a rəhbərlik edir. 45 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi postunda da işini davam etdirəcək.