17 yaşlı azərbaycanlı 400 nəfəri mat etdi

03 May, 2018 08:59 | İdman | Baxış sayı: 79
şahmat
şahmat

Murad İbrahimli dünya birincisi olub

Azərbaycan şahmatçısı Murad İbrahimli məktəblilər arasında şahmat üzrə dünya birinciliyində qızıl medal qazanıb. Dünya birinciliyi Albaniyanın Durres şəhərində keçirilib. Doqquz turda 7,5 xal toplayan M.İbrahimli 17 yaşına qədər məktəblilər arasında birinci yeri tutub.

Mükafatlı yerlər uğrunda 7-17 yaşlı 400 şahmatçı mübarizə aparıb. Azərbaycanı 16 şahmatçı təmsil edib. Onların dördü müxtəlif əyarlı medallar qazanıb.

On yeddi yaşına qədər şahmatçıların qrupunda daha bir şahmatçımız - Aytac Heydərova fərqlənərək gümüş medala sahib olub. Yusif Kərimli 7 yaşına qədər şahmatçılar arasında ikinci yeri tutub, İsmayıl Süleymanlı isə 9 yaşına qədər şahmatçılar arasında bürünc mükafatçı olub.

Əlavə edək ki, yarışlar İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.