Bir neçə dəfə ölkə və dünya çempionu titulunu qazanıb
Bakıda MMA döyüş növü üzrə idmançı dünyasını dəyişib.
İstiPress-in sosial şəbəkəyə istinadən verdiyi məlumata görə, 22 yaşlı Arzuman Abbasov dəm qazından zəhərlənib. Zəhərlənmiş idmançının həyatını xilas etmək mümkün olmayıb.
TT Fight klubunun tələbəsi A.Abbasov MMA döyüş növü üzrə bir neçə dəfə ölkə, bir dəfə isə dünya çempionu titulunu qazanıb.