Azərbaycan Premyer Liqada 2 medal qazandı

02 Dekabr, 2019 09:37 | İdman | Baxış sayı: 39
Karate1
Karate1

Medallara iki karateçimiz sahib çıxa bilib

İspaniyanın paytaxtı Madriddə keçirilmiş Karate1 Premyer Liqasında Azərbaycan millisi 2 medal qazanıb. İrina Zaretska (68 kq) qızıl, Pənah Abdullayev (84 kq) isə bürünc medala sahib olublar.

İdmançılar hər qələbəyə və medalların əyarına əsasən, dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları qazanıblar.

Xatırladaq ki, İspaniya paytaxtında 89 ölkədən 737 karateçi mübarizə aparıb. 

Karate1 Premyer Liqasının Madrid mərhəlsində həmçinin ilin yekununa əsasən fərqlənən idmançılar "Grand Winners" mükafatlarına layiq görülüblər. 

2019-cu il mövsümünün nəticələrinə əsasən "Grand Winners" mükafatına namizədlər arasında məşhur Azərbaycan karateçiləri Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) da var. Mükafatın təqdimatı isə 24-26 yanvar 2020-cil ildə Parisdə, növbəti mövsümün ilk Premyer Liqasında olacaq.