"Qarabağ" qələbə çaldı

02 Avqust, 2017 07:25 | İdman | Baxış sayı: 168
"Qarabağ" - "Şerif" görüşü - Bakı, 25 iyul, 2017-ci il
"Qarabağ" - "Şerif" görüşü - Bakı, 25 iyul, 2017-ci il

Klub qrup mərhələsinə vəsiqəni təmin edib

UEFA Çempionlar Liqasında “Şerif”- “Qarabağ” oyunununda Ağdam təmsilçisi qalib olub.  Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına ötən gün start verilib. 

Ağdam təmsilçisi Moldovada “Şerif”in qonağı olub. Qurban Qurbanovun yetirmələri səfərdə 2 qola imza atiblar. Turnirin pley-offuna yüksələn “Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edib. 

Beləliklə, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində “play-off” mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub.