Azərbaycan millisinin sabiq baş məşqçisi həbs edildi

02 Avqust, 2017 15:06 | İdman | Baxış sayı: 171

56 yaşlı mütəxəssis vətəninə ekstradisiya ediləcək

Avstriyalı məşqçi Peter Zeyzenbaher həbs edilib. İstiPress RİA Novosti agentliyinə istinadən xəbər verir ki, mütəxəssis dünən Kiyevdəki mənzilində polis tərəfindən həbs edilib.

O, 2000-ci illərin əvvəllərində Vyanada məşqçilik etdiyi dövrdə iki azyaşlı qıza qarşı seksual təcavüzdə ittiham olunur. Azərbaycanda da iş təcrübəsinə malik olan avstriyalı mütəxəssisin rəhbərliyi altında cüdoçularımız Rio Olimpiadasında iki gümüş medal qazanmışdı.

56 yaşlı Peter Zeyzenbaher vətəni Avstriyaya ekstradisiya ediləcək.

Peter Zeyzenbaher
Peter Zeyzenbaher