"Barselona" tarix yazdı - Messi şou göstərdi

02 May, 2019 09:30 | İdman | Baxış sayı: 77
Messi
Messi

Milyonların gözlədiyi matç 3:0 hesabı ilə bitdi

İspaniyanın "Barselona" klubu tarix yazdı. Futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsində ötən gün "Barselon" ilə İngiltərə "Liverpul"u qarşılaşıb. "Kamp Nou" stadionunda keçirilən matç katalonların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Luis Suares və Lionel Messi fərqlənib. Messi iki qola imza atıb. Onun qarşılaşmadakı ikinci qolu 82-ci dəqiqəyə təsadüf edib və cərimə zərbəsi ilə olub. 

Messi də bu qarşılaşmada rekordunu yeniləyib. O, 600-cü qolunu vurub. 

Cavab qarşılaşması mayın 7-də Liverpulun "Enfild" stadionunda keçiriləcək.