Dzyuba qafqazlılarla rusların fərqini açıqladı

02 Aprel, 2020 11:18 | İdman | Baxış sayı: 82
Artyom Dzyuba
Artyom Dzyuba

"Onların yaşlı nəslə hörmətləri mənim çox xoşuma gəlir"

"Qafqazlılar böyüklərə hörmət etməyi bacarırlar. Biz, rusların çoxu isə bunu unutmuşuq". Bunu Rusiya millisinin üzvi, Sankt Peterburqun "Zenit" klubunun hücumcusu Artyom Dzyuba deyib. 

O, Qafqaz xalqılarına münasibətindən danışıb. "Qafqazlılara müxtəlif cür münasibət bəsləmək olar. Amma onların yaşlı nəslə hörmətləri mənim çox xoşuma gəlir. 

Öz valideynlərimizdən başqayaşlılara da hörmətlə yanaşmalıyıq. Çoxları bunu anlamır.  Çoxları bunu eşitmək istəmir".