Gimnastlarımız əlidolu qayıdır

02 Aprel, 2019 10:50 | İdman | Baxış sayı: 18
Bədii gimnastika (arxiv)
Bədii gimnastika (arxiv)

Fransadakı yarışda ikinci yeri tutduq

Bəddi gimnastlarımız Fransadan əlidolu qayıdırlar. Azərbaycandan olan idmançılar Te şəhərində keçirilən qran pri yarışının finalında gümüş medalını qazanıblar. 

Kompozisiyanı Əliyə Paşayeva, Ayşən Bayramova, Diana Əhmədbəyli, Zeynəb Hümmətova və Sinya Vasilyeva ifa ediblər. Onların "Çəhrayı pantera"  rəqsləri 23,95 balla qiymətləndirilib. 

İlk yerin sahibi isə Ukrayna komandası olub. Rusiya yığması bürüncə sahib olub. 

Azərbaycan yığması çoxnövçülükdə qrup hərəkətlərində 13 komanda arasında 5-ci olublar.