II Avropa Oyunları üçün bilet satışı başladı

01 Dekabr, 2018 17:06 | İdman | Baxış sayı: 97
Minsk 2019
Minsk 2019

Biletlərin qiyməti 2-20 avro arasındadır

II Avropa Oyunları üçün bilet satışı başlayıb. Bu gündən yarışları izləmək istəyənlər www.minsk2019.ticketpro.by saytı vasitəsilə biletləri öz adlarına rəsmiləşdirə bilərlər. Bundan başqa, biletləri Belarusda rəsmi bilet operatoru "Tiketpro", Avropada rəsmi resellerlər vasitəsilə əldə etmək mümkündür. 

Biletlərin qiyməti 5-50 Belarus rublu arasındadır (əcnəbi vətəndaşlar üçün 2 avrodan 20 avroyadək). Açılışa 150 - 300 rubla, bağlanışa 70 - 150 rubla tamaşa etmək mümkündür.

Qeyd edək ki, I Avropa Oyunları Bakıda keçirilib. II oyunlar isə gələn ilin yayaında - 21-30 iyunda baş tutacaq. 50 ölkənin 4000-dən çox idmançısı 15 növ üzrə 200 dəst medal uğrunda mübarizə aparacaq.