“Qarabağ”ın stadionunda problem yarandı

01 Noyabr, 2018 17:48 | İdman | Baxış sayı: 74
"Qarabağ" FK oynayır
"Qarabağ" FK oynayır

Oyunlarla bağlı dəyişiklik edildi

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb.

İstiPress-in məlumatına görə, müraciətdə ev oyunlarının keçirildiyi “Azersun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.

Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib:

- I Divizionun IX turunun “Qarabağ-2” – MOİK qarşılaşması 2 noyabr 2018-ci il, saat 15:00-da “Azersun Arena”da keçirilsin;

- Premyer Liqanın X turunun “Qarabağ” – “Sumqayıt” görüşü 3 noyabr 2018-ci il, saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilsin.