"Qarabağ" yenə tarix yazdı FOTOLAR

01 Noyabr, 2017 08:06 | İdman | Baxış sayı: 307
"Qarabağ" "Atletiko" 31.10.2017
"Qarabağ" "Atletiko" 31.10.2017

Ağdam təmsilçisi Madriddə ürəkləri fəth etdi

Ötən gün madriddə Çempionlar Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib. İstiPress-in məlumatına görə,  Azərbaycan çempionu “Qarabağ” IV turun ilk oyun günündə meydana çıxıb. Ağdam təmsilçimiz "Atletiko" ilə qarşılaşıb. 

Madriddəki "Metropolitano" stadionunda keçirilmiş görüş 1:1 hesabı ilə başa çatıb. İlk qolun müəllifi "Qarabağ" olub. Hesabı 40-cı dəqiqədə yarımmüdafiəçi Miçel açıb. O, künc zərbəsindən sonra topu başla rəqib qapısına göndərib.

İkinci hissədə rəqib hesabı açıb. 56-cı dəqiqədə Tomas topu qapıdan keçirib. 

Bundan sonra Dieqo Qodinin üzünə ayaqla zərbə endirən Pedro birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarılıb. Daha sonra rəqiblərin komandasından olan Saviç də sarı kartla oyunu tərk edib. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunu ağır qiymətləndirib. Onun sözlərinə görə, bir xal qazanmağımıza baxmayaraq, rəqib çox yaxşı oynayıb. "Bu cür oyunlarda futbolçularımın təcrübə qazanması mənim üçün çox önəmlidi. Rəqibin qol epizodları çox olsa da, yetirmələrim sonadək mübarizə apardılar. “Atletiko”ya gələcək oyunlarda uğurlar arzulayıram".