Dünya futbolu yasda

01 İyun, 2019 16:53 | İdman | Baxış sayı: 225
Xose Antonio Reyes
Xose Antonio Reyes

35 yaşlı məşhur oyunçu qəzada öldü

Dünya futbolu daha bir itki verib. İspaniya milli komandasının sabiq futbolçusu Xose Antonio Reyes avtomobil qəzasında həyatını itirib. Bu barədə "Sevilya"nın rəsmi "Twitter" hesabında məlumat yayılıb. 35 yaşlı oyunçu bu klubda bir zamanlar top qovub. 

Xose Antonio Reyes İngiltərənin "Arsenal", İspaniyanın "Real Madrid" və "Atletiko Madrid" kimi komandalarında da çıxış edib. O, 3 dəfə "Sevilya", iki dəfə isə "Atletiko Madrid"lə Avropa Liqasını qazanıb. Xose Antonio Reyes "Real Madrid" və "Arsenal"la ölkə çempionu olub. 

Oyunçunun ölümü ilə bağlı "Çelsi" "Liverpul","Milan","Mançestr Siti", "Barselon" və ss. dünya şöhrətli komandalar başsağlığı mesajı veriblər.